İnkarçılar üçün əbədi peşmançılığın başlanğıcı: ölüm

image

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi,35)

Ölüm axirətin mövcudluğuna inanmayanlar tərəfindən bir son, yox olma kimi qəbul edilir. Halbuki, bu, çox yanlış bir düşüncədir; çünki ölüm son deyil, əksinə, başlanğıcdır. İman gətirənlər üçün nöqsansız, bütün nöqsanlardan təmizlənmiş sonsuz bir cənnət həyatının başlanğıcıdır. İnkar edənlər üçünsə böyük bir əzabın sonsuza qədər davam edəcəyi cəhənnəm həyatına keçid mərhələsidir. Bu həqiqəti qavrayan insanlar ölümlə birlikdə dünyada gözəl bir sonu və axirətdə gözəl bir başlanğıcı eyni anda qazanarlar. İnkar edənlər isə onlara əvvəlcədən xəbər verilən bu həqiqəti qulaqardına vurmağın əvəzedilməz peşmançılığı ilə qarşılaşarlar. Sonsuza qədər hər an bu peşmançılığı hiss edər və bundan qurtulmanın heç bir yolunu bula bilməzlər.

İnsanların əksəriyyəti ölümlə qarşılaşana qədər onun haqqında fikirləşmək istəməsələr də, bu, qəti olaraq gerçəkləşən bir hadisədir. Çünki Allah ölümü dünya həyatının nəticəsi olaraq yaradıb. İndiyə qədər heç bir insan ölümü özündən uzaqlaşdırmağı bacarmayıb. Heç kimin malı, pulu, etibarı, dostları bu məsələdə ona yardımçı ola bilməyib.

Hər insan mütləq ölümlə qarşılaşır. Quranda bu həqiqət bir çox ayədə xəbər verilir:

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə... (Nisa surəsi, 78)

De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir" (Cümuə surəsi, 8)

Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. (Münafiqun surəsi, 11
)

Elə isə ölümü və ölümdən sonrakı həyatı düşünməmək insanı bu həqiqətlə üz-üzə gəlməkdən qurtara bilərmi?

Təbii ki, bu sualın cavabı "xeyr"dir. Ölüm qarşısında çarəsiz qalan insan ağılla davranıb davamlı ölüm üzərində düşünməli və axirət həyatına hazırlıq görməlidir. Peyğəmbərimizin (s.ə.v) də dediyi kimi: "Ölümü tez-tez xatırlayın. Allah ölümü çox düşünən şəxsin qəlbini açar, ölümünü asanlaşdırar. " (Əbu Hüreyrədən rəvayət olunur)

Əlbəttə ki, xeyr! İnsan ölüm qarşısında çarəsiz olduğu üçün bu vəziyyətdə edilməli ən ağıllı davranış Allah`ın qəti olaraq olacağını bildirdiyi axirət həyatına indidən hazırlaşmaqdır.Dünya həyatında axirəti fikirləşməyənlər ölümlə ona hazır olmamışdan əvvəl qarşılaşırlar. "İndi necə olsa, cavanıq; yaşamaqdan ləzzət alaq, qocalanda axirəti düşünərik" deyənlər bəlkə də heç vaxt belə bir fürsətləri olmayacağını bilirlər. Çünki ölüm Allah`ın təqdir etdiyi anda gerçəkləşir. İnsan qocalmadan, gənc yaşda da ölə bilər. Bu vəziyyətdə ancaq gələcəklə bağlı planlar hazırlayıb, Allah`ın əmrlərini yerinə yetirməyi gecikdirmək insanın böyük peşmançılıq yaşamasına gətirib çıxarır.

Bütün həyatını Allah`ı fikirləşmədən yaşayanlar ancaq ölümü hiss edəndə belə peşmançılığa mübtəla olurlar. Çünki belə bir tövbə ancaq ölüm qorxusundan yaranan, səmimi olaraq düzəltməyə niyyəti olmayan, dolayısilə də Allah qatında qəbul edilməyən bir tövbədir. Bəzi adamlar bu həqiqəti bildikləri halda, bütün həyatları boyunca ancaq özləri üçün yaşamağı tərcih etmiş və onlara verilən möhlətin sona çatdığını anladıqlarında mənfəət yollarının qalmadığını görmənin çaşqınlığı içində özlərini qurtarmağa çalış-mışdılar. Ancaq bununla heç bir nəticəyə nail ola bilməzlər. Çünki Allah onların qeyri-səmimiliyinə şahiddir. Ayələrdə də bildirildiyi kimi, Allah insanların daxilində olanı, heç kimin bilmədiyi ən gizli sirləri də biləndir. O, ölümlə bağlı tövbəni qəbul etməyəcəyini belə xəbər vermişdir:

Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: "Mən indi tövbə etdim!" deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)

Allah belə insanlara bir fürsət veriləndə, yenə nankorluq edəcəklərini bir çox ayədə bildirmişdir. Bu mövzuda bir ayədə belə buyurulur:

Odun üzərində dayandırıldıqları vaxt onların: "Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq" , – dediklərini görəydin! Xeyr! Əvvəllər gizlətdikləri onlara aşkar oldu. Əgər onlar qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar. (Ənam surəsi, 27-28)

Buna görə də "necə olsa, axırda iman gətirər, tövbə edərəm" kimi düşüncəyə qapılmaq çox səhvdir və insanları cəhənnəm əzabından qurtara bilməz. Elə isə insan ölümlə qarşılaşanda əbədi peşmanlığın başlamasını istəmirsə, bu dünyada mütləq Rəbbinə qovuşacağını və dünyada etdiklərinin hesabı sorulacağını yadında saxlayaraq yaşamalıdır.