BU PEŞMANÇILIĞI YAŞAMAMAQ ÜÇÜN...

Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allah`ın nəyinə gərəkdir? Allah təşəkkür edəndir, biləndir. (Nisa surəsi, 147)

Peşmançılıq hissi

İnsan dünyada bəzən maddi-mənəvi müxtəlif müsibət və sıxıntılarla qarşılaşır. Ancaq insana əzab verən elə bir hiss var ki, o, bəlkə də heç bir fiziki əziyyətlə müqayisə edilməyəcək qədər şiddətlidir və insanın ruhunda böyük əzginlik əmələ gətirir. Bəhs etdiyimiz bu hiss peşmançılıq hissidir.

Dünyada ibrət götürmək

Dünya həyatı insanların cənnətdəki nöqsansız və sonsuz həyatı qazana bilmələri üçün verilmiş çox əhəmiyyətli bir fürsətdir. Bu fürsətdən istifadə edə bilməyərək dindən uzaq yaşayan insanlar isə, axirətdəki əzabı görəndə, mütəmadi olaraq dünyada keçirdikləri hər dəqiqənin peşmançılığını yaşayacaqlar.

Ölüm anındakı peşmanlıqlar

Yaşadıqları qısa müddət ərzində insanlara cənnət və cəhənnəmin varlığı, axirət üçün hazırlaşmalarının vacibliyi bildirilir. Ancaq inkarçılar hər dəfə üzlərini çevirir və verilən fürsətləri dəyərləndirə bilmirlər. Ölümlə qarşılaşanda yaşadıqları böyük peşmançılığın səbəbi də öz əllərilə özlərini bu vəziyyətə salmalarıdır.

"Peşman olmadan öncə" kitabını buradan endirə bilərsiniz